XV ƏSRƏ AID ƏN UZUN QURANI-KƏRIM
Mьəllif: admin1
Tarix: 13-05-2014, 14:25
Bцlmə: Xəbərlər
XV ƏSRƏ AID ƏN UZUN QURANI-KƏRIM

Dünyanın ən uzun Qurani-Kərimi Türkiyənin Ərzurum şəhərində Yaqutiyyə mədrəsəsində "Müqəddəs Miras" sərgisində nümayiş etdirilib
İslaminsesi.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sərgidə həmçinin, Qurani-Kərimin 99 qədim əlyazma nüsxəsi də iştirakçılara təqdim olunub.

Səgirdə nümayiş etdirlən Quran əlyazma nüsxələri dünyanın bütün ölkələrinin hüsnüxətt yazarları tərəfindən yazılmış nümunələrdir.

Burda Mərakəş, Tunis, Misir, İran, İraq və Hindistan kimi böyük tarixə malik olan ölkələrin hüsnüxətt ustalarının əsərləri sərgiyə qoyulub.

Sərgidə nümayiş olunan 25 metr uzunluğunda Qurani-Kərim bura gələnlərin diqqətini cəlb edib.

Bu nüsxənin 15-ci əsrdə yazıldığı güman edilir. Qeyd edək ki, “Müqəddəs Miras” sərgisi İstanbul, Diyarbəkr və digər şəhərlərdə də təşkil olunub.

Aynur Nur

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930