Stressi sakitləşdirməyin ən yaxşı yolu – ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 21-09-2016, 22:56
Bцlmə: Xəbərlər
Stressi sakitləşdirməyin ən yaxşı yolu – ARAŞDIRMA
Doğma insanın əlini öz əlinlə götürmək və ya əlini onun əlinin üstünə qoymaq sevgi və dostluğun nişanəsi ola bilər. Ata və övlad arasında, ana və övlad arasında, dost ilə dost arasında... İnsan bu adi rəftar sayəsində eşq, şadlıq, əmin-amanlıq və ehtiram hiss edər.
Doğma insanın əlini götürməyin insan sağlamlığına təsirlərini öyrənək. (Tebyan saytına istinadən)
1. Stressi sakitləşdirər. Sizin üçün mühüm olan bir insanın əlini götürmək stress hormonlarını azaldar. Hətta dostumuzun əlimizə toxunması belə bizə aramlıq hiss verər. O zaman ki, kortizol hormonu qana daxil olar, dərimiz həssaslaşar və bu təmas bizə fövqəladə təsir qoyar. Əsəb tellərinin çoxu insan barmaqlarının ucunda qərar tutar. Bu yolla qarşı tərəfin stressini azalda bilərsiniz.
2. Həmdərdlik hissini gücləndirər. Oksitosin o hormondur ki, insanda həmdərdlik hissini gücləndirər. Əgər həyat yoldaşınız əlinizdən tutsa, onunla həmdərd olarsınız və aranızda olan rabitə güclənər.
3. Ürəyə müsbət təsir qoyar. Əli tutmaq stressi azaltmaqla yanaşı, qan təzyiqini də normaya salar. Qan təzyiqi ürək xəstəliklərinin ən mühüm amili hesab olunur. O zaman ki, bizi sevən insan əlimizdən tutar, rabitələrimiz güclənməklə yanaşı, ürəyimizə müsbət təsirlər qoyar.
4. Ağrıları azaldar. İnsan ağrıyan zaman adətən əzələləri dartılar və möhkəm olar. Əgər bizi sevən insan bu zaman əlimizdən tutsa, əzələlərin boşalmasını hiss edərik ki, bu da ağrını azaldar.
5. Qorxu ilə vuruşar. Yəqin ki, siz də bunu təcrübə etmisiniz ki, qorxan zaman yanınızda olan insanın əlini özünüzdən asılı olmadan tutursunuz. İnsan beyni ani təhrikedicilərə görə adrenalin ifraz edər. Bu təhrikedici sayəsində kortizol hormonu qana daha çox daxil olar. Belə olan halda insan təbii reaksiya nişan verər və etimad etdiyi insanın əlindən tutar.
6. Əmin-amanlıq hissi verər. Uşaqların əlindən tutmaq onlara təhlükəsizlik hissi aşılayar. Valideyn o zaman ki, övladının əlindən tutar, uşağın rəftar və təfəkkür tərzinə müsbət təsir qoyar.
7. Rahatlıq hiss verər. Sevən insan özündə rahatlıq hiss edər. Çünki o zaman ki, sevdiyi insanın əlindən tutar, onunla söhbət edər – ruhu sakit və aram olar. Hətta əlində əlçək olsa belə, əlindən tutmaq istəyər ki, ruhu daha aram və sakit olsun.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930