Minlərlə insanın qətlinə səbəb olan Şimon Peres ölüb
İslaminsesi-nin verdiyi məlumata görə, işğalçı İsrail rejiminin eks-prezidenti Şimon Prerez 93 yaşında ölüb.
93 yaşlı siyasətçi sentyabrın 13-də "geniş insult" diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətinin ağır olması səbəbilə süni komaya keçirilərək ağciyərlərin süni ventilyasiya aparatına qoşulmuşdu. O, 1923-cü ildə, hazırda Rusiyanın Minsk vilayəti sayılan Vişnevo qəsəbəsində anadan olub. 11 yaşında anası Sara ilə birgə Fələstinə köçüb. Qeyd edək ki, Şimon Peres işğalçı İsrail rejiminin 2007-2014-cü illərdə sayca 9-cu prezidenti olub. Oxşar xəbərlər
|