Ayətullah Nasir Məkarim Şirazi: “Məhərrəmdə qırmızı xətlərə riayət edin!”
“İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıq məclislərinin təmiz və saf halını tanıtmaq lazımdır”.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, bunu Ayətullah Nasir Məkarim Şirazi Qum Şairlər və Məddahlar Heyətinin üzvləri ilə görüşündə bildirib. İmam Hüseyn (ə) üçün yas tutmağın bir çox problemi həll edəcək böyük bir sərmayə olduğunu deyən Ayətullah Məkarim Şirazi sözlərini bu cür davam edib: “Biz 56-cı ildə Mahabadda sürgündəydik. Mahabad, digər şəhərlərdən fərqli olaraq səssiz və sakit bir yerdir. Mahabadda əhli-sünnə alimləri ilə əlaqə qurmaq şansımız oldu. Biz, “Bu şəhər, ayılmanın astanasında, amma siz sükut içində yaşayırsınız” - dedik. Sünnü alimləri bu cür cavab verdilər: "İki tərəfin fərqlilikləri var. Əvvəla, şiələrin əksinə, biz dövlətə sadiqik. Lakin siz azad və müstəqilsiniz. İkincisi, sizin İmam Hüseyn (ə) üçün yas mərasiminiz var. Minlərlə insanı bir yerə toplayaraq etiqadı və siyasi məsələləri danışa bilirsiniz, amma bizim üçün 50 nəfəri bir araya toplamaq da çox çətindir". O an Allahın (c.c.) Əhli-Beytin bərəkəti ilə bizə necə böyük bir nemət verdiyini anladım. Həqiqətən də Aşuranın ehtimal belə olunmayacaq dərəcədə tutumu var. Bizim Həzrət Hüseynə (ə) әza adında böyük nemətimiz var. Bu səbəblə əzadarlıq məclisi təşkil edənlər, xətiblər və mərsiyəxanlar ağır bir məsuliyyət daşıyıcılarıdır. Əgər bu üç qrup işlərini ən mükəmməl şəkildə edərlərsə, İmam Hüseyn (ə) üçün keçirilən mərasimlərin güclü enerjisi ortaya çıxacaq. Əzadarlıq məclisləri, din, hakimiyyət, müstəqillik və dünya üçün potensial bir güc mənbəyidir. Amma təəssüf ki, hər zaman təsirli vasitələrdən sui-istifadə olunur. Əzadarlıq proqramlarının əhli olmayan, ləyaqətsiz və ədalətsiz insanların əlinə keçməsi məsələsində ayıq olmaq lazımdır. Çünki belə məclislərin bərəkəti böyük olduğu kimi, təhlükələri və zərərləri da böyük olacaqdır. Belə ki, yanlış şüarlarla insanlar çaşdırmaq və düşmənlərin əlinə lazımsız bəhanələr vermək olar. Bəziləri qırmızı xətlərə riayət etməyərək, “Məclislərimizin izdihamlı olması üçün müştəri yığmaq lazımdır!” deyir. Hamımızın məsuliyyətləri var. İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıq məclislərinin təmiz və saf durumunu təqdim etmək lazımdır. Buna nail olmaq üçün məddahlar mücahidcəsinə hərəkət etməlidirlər". /Deyerler.org/ Oxşar xəbərlər
|