Evdə üzərlik yandırmağın faydaları
Maraqlıdır ki, yunan dilində üzərliyin adı "kömək etmək, xilas etmək" kimi tərcümə olunur. Qədim zamanlardan bu otun tüstüsünü evlərə verirdilər
Qədim inanclara görə bu otun tüstüsü evləri qara qüvvələrdən təmizləyir. Bundan əlavə keçmişdə müxtəlif xəstəliklərin epidemiyaları zamanı bu otun tüstüsünü xəstə insanlar olan evlərə verirdilər. Yenidoğulmuş olan evdə də bu ot mütləq yandırılırdı. Bununla bizim qədim əcdadlarımız uşağı həm qara qüvvələrdən, həm də infeksiyalardan qoruyurdu. Üzərliyin tüstüsünü evlərə vermək kimi adət bizdə də var. Lakin bizdə bu işin mistik tərəfinə daha çox önəm verilir. Əslində isə üzərliyin tüstüsü mistik qara qüvvələrə deyil, real mikrob və infeksilara öldürücü təsir edir, evin havasını çox yaxşı təmizləyir. Evdə qripp və ya soyuqdəymə xəstəsi varsa, evin havasını mikrob və infeksiyalardan təmizləmək məqsədi ilə evdə üzərlik yandırın. Bu həqiqətən çox effektli vasitədir. Qrip epidemiyaları zamanı da bu bitkinin tüstüsünü evə vermək çox yaxşıdır. Bununla siz özünüzü qripdən qoruya bilərsiniz.(saglamolun.az) Oxşar xəbərlər
|