Bağırsaqların düşməni olan 4 QİDA
Bağırsaqlar bədənimizin mühüm üzvlərindən biri sayılır ki, sağlamlığımızla birbaşa əlaqəsi vardır.
Bu üzvün sağlam olması üçün yemək tərzimizə diqqət etməliyik. Bağırsaq xərçənginin əsl səbəbi - sağlam olmayan qidalanma, köklük və hərəkətsizlikdir. Bir çoxlarımız bunu yaxşı bilirik ki, sağlam olmaq üçün hərəkət etmək lazımdır. Həmçinin bunu da unutmayaq ki, hərəkət etmək qədər də yeməklərimizə diqqət etməliyik. İnsan gərək sağlamlığına ziyan vuran qidalardan uzaq olsun. Ona görə də bəzi tövsiyələrimizə diqqət edin. 1. Kolbasa və sosiskadan uzaq olun. Bu qida bədəninizə ziyanlı nitratlar və nitritləri daxil edər. Bundan başqa, kolbasa istehsalında rəngləyicilərdən, mikrob əleyhinə dərmanlardan, dadvericilərdən istifadə olunur ki, sağlamlıq üçün təhlükəlidir. Tədqiqatlar göstərmişdir ki, kolbasanın tərkibində olan nitratlar xərçəng yaradan amilə çevrilir. Ona görə də həkimlər kolbasadan bu qədər uzaq olmağı tövsiyə edirlər. 2. Qırmızı ət. Bəzi tədqiqatlar göstərir ki, qırmızı əti çox qəbul etmək bağırsaq poliplərini meydana gətirər ki, bu da xərçəngə çevrilər. Hətta toyuğu və balığı da həddən artıq istifadə etmək həmin problemlərə gətirib çıxarda bilər. 6 il ərzində 32000 nəfər üzərində aparılan tədqiqatlar göstərmişdir ki, o kəslər ki, qırmızı əti, toyuq və balığı çox istifadə edirlər, başqaları ilə müqayisədə üç dəfə daha çox bağırsaq xərçənginə düçar olurlar. Halbuki bu ətləri lobya, noxud və mərci ilə əvəz etsələr, bu risk 50% azala bilər. Bunu unutmayaq ki, insan həftədə iki dəfə qırmızı ət yeməlidir. Əti seçən zaman onun təzə və orqanik olmasına diqqət edin. Həm də bunu nəzərə alın ki, qırmızı əti yüksək dərəcədə uzun müddət qızartmaq da xərçəng üçün şərait yaradar. Çünki ətin tərkibində olan amin turşuları yüksək dərəcədə heterosiklik aminlərinə çevrilər. Bu maddə də xərçəng riskini artırar. 3. Qızardılmış kartof. Çips və ya qızardılmış kartofun tərkibində akrilamid maddəsi vardır. Bu maddə bir neçə növ xərçəngə çevrilə bilir ki, onlardan biri də bağırsaq xərçəngidir. Bu maddə yüksək hərarət zamanı meydana gələr. Bu məsələ o qədər ciddidir ki, Beynəlxalq Səhiyyə Təşkilatı belə, öz nigaranlığını bildirmişdir. 4. Şəkər. Şəkər - xərçəng hüceyrələrinin qidasıdır. Hər bir hüceyrə böyüməsi üçün qlükozadan istifadə edər. Ancaq xərçəng hüceyrələri sağlam hüceyrədən ikiqat çox istifadə edər. Ona görə də şəkər qəbulu ilə xərçəng hüceyrələrinin inkişafı arasında sıx rabitə vardır. Şəkəri həddən artıq çox qəbul edənlər gərək onu məhdudlaşdırsınlar. Deyerler.org Oxşar xəbərlər
|