Ayətullah Xamenei dünyanı yaxşı tanıyır!
SizinYol.com JJO-a istinadən xəbər verir ki, İraq prezidentinin müavini Nuri Əl-Maliki İslam Oyanışı Beynəlxalq Assambleyasının Ali Şurasının iclasında çıxış edib. Sabiq İraq başçısı dünyada və regionda gedən proseslərlə yaxından tanış bir insan kimi İran İslam Respublikası və Cənab Rəhbər Ayətullah Xameneinin qurucu fəaliyyətlərini yüksək dəyərləndirərək deyib: Mən İslam dünyasındakı fitnəkarlıqları gözəl tanıyıb qiymətləndirdiyi üçün İran və İmam Xameneiyə təbrik söyləyirəm. Müəyyən təşkilatlar İslamın İraqda simasını ləkələmək üçün biganələrin layihələri üzrə fəaliyyət göstərir. Biz İraqda ölkədəki sabitliyi pozan tayfa qarşıdurmaları ilə üzbəüzük. Təkfirçilər bu tayfa ixtilaflarını qızışdırmağa çalışır.
Oxşar xəbərlər
|