Xristian qubernatorun Qurana həqarəti indoneziyalı müsəlmanları ayağa qaldırdı (Foto)
İndoneziyada müsəlmanlar Cakartanın xristian olan qubernatorunun Qurana həqarət etməsi səbəbilə etiraz yürüşü keçirib.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, yürüşdə iştirak edən minlərlə indoneziyalı müsəlman Cakartanın xristian qubernatorunun istefa verməsini tələb ediblər. Cakartada İstiqlal məscidində cümə namazı qıldıqdan sonra, prezident sarayına yürüş edən minlərlə indoneziyalı prezidenti Joko Vidododan Cakarta qubernatoru Basuki Tjahaja Purnamanın vəzifəsindən azad edilməsini istəyib. Aksiyanın təhlkəsizliyini təmin etmək üçün 18 min polis cəlb olunub. Polis nümayişçilərə sərt müdaxilə etdiyi üçün insident yaşanıb. Nümayişçilər qubernatorun istefa etməyəcəyi təqdirdə aksiyalarını fasiləsiz davam etdirəcəklərini qeyd edir. Qeyd edək ki, Cakarta qubernatoru Quranın bir ayəsinə əsaslanaraq, seçkidə ona səs verməyən müsəlmanları kafir adlandırmışdı. Oxşar xəbərlər
|