İmmun sistemimizin 8 unikal möcüzəsi
İmmun sistemi: Bu bizim orqanizmamızın elə bir unikal sistemidir ki, bizi xərçəngdən, yoluxucu xəstəliklərdən və daha böyük dəhşətlərdən qoruya bilir.
İslaminSesi Ria.ru-ya istinadən sizə immun sistemimizin 8 inanılmaz faktını təqdim edir. Fakt 1: İmmun sisteminin əsası genetikamızdır. Bu bir danılmaz faktdır ki, hər birimiz unikal və təkrarolunmazıq. Ona görə də immun sistemimiz bizim damarlarımızda və kapilyarlarımızda "yad" və "özümün" sistemi qurub. Ani bir müdaxilədə sistem "yad"ı müəyyənləşdirir. İlk həmlədə "yad" məhv edilir. Fakt 2: İmmuntet iki növ olur. Anadan gəlmə və sonradan qazanılmış immuntet. Buradan bəlli olur ki, biz anadangəlmə immuntetlə doğuluruq. Bu bizim infeksiyalara qarşı ilk müqavimət sistemimizdir. Lakin sonradan qazanılmış immuntet isə sürdüyümüz həyat tərzi mütləq uzlaşır. Hətta eyni yumurta əkizləri belə Qrelandiya və Taylandda yaşasalar onların sonradan qazanılmış immunları fəqli olacaq. Fakt 3: Fizioloji olaraq immun əskikliyi. Bu sözün özü sizi qorxutmasın. Çünki hamımız zaman-zaman bununla toqquşmuşuq. Bu orqanizmanın infeksiyalara daha həssas olduğu vaxtlardır. İnsan orqanizmasının immuntetinin zəif olduğu vaxtları aşağıdakı mərhələlərə bölə bilərik: A) Doğulandan 6 yaşa qədərki uşaqlıq çağı. Bu zaman immuntetin formalaşması gedir. B) 12-13 yaşlı yeniyetməlik dövrü. Hormanal dəyişikliyin getdiyi prosseslər immun sisteminə təsir edir. C) Hamiləlik zamanı immun sisteminin zəiflədiyi dövrdür. Bu da ana bətnində uşağın yetişməsi ilə əlaqədər olur. D) 65 yaşdan yuxarı insanlarda yaş ilə əlaqədər immun sistemi zəifləməyə doğru gedir. Fakt 4: İmmun sistemimizin yaddaşı var. Əslində isə limfosidlər toqquşduqları infeksiyaları yadda saxlayırlar. Ona görə də biz bəzi xəstəliklərə ikinci dəfə tutulmuruq. Bizdə bu xəstəliklərə qarşı ömürlük immuntet yaranır. Peyvəndləşdirmədə buna görə aparılır. Limfosidlər peyvəndlər vasitəsi ilə yaddaşa köçürülür və insan həmin xəstəliyə ikinci dəfə yoluxmur. Fakt 5; Allergiya- dünyanın ən geniş yayılmış xəstəliklərindən biri. Allergiya immuntetimizin müxtəlif şeyləri hiper reaksiyasıdır. Allergiyanı aktivləşdirən bir çox ünsürlər var. Fakt 6: İmmuntet yalnız bizi yox, özünü də qoruyur. İmmuntet yalnız bizi yox, həmçinin özünü də mühafizə edir. Məhv olmuş limfosidləri sıradan çıxarır və onları yeniliyə bilir. Fakt 7: Hamiləlik yalnız immun sisteminə görə baş tutan bir hadisədir. Yuxarıda qeyd etdik ki, immun sistemi "yad" ünsürləri tez müəyyənləşdirə bilir. Lakin hamiləlik zamanı bu istisnadır. Ümumi nəzəriyyə olaraq götürsək uşaq yarı ata və yarı ana genetikasından əmələ gəldiyinə görə ana bətni üçün "yad" ünsür hesab edilə bilər. Lakin immun sistemi bu an öz qaydalarından güzəştə gedir, hətta özünün sərt qaydalarını uşağa qarşı yumuşaldır. Bu da immun sisteminin unikallığının ən bariz nümunəsidir. Fakt 8: İlk immun əskikliyi 1 : 10 000 uşaq genetik çatışmazlıqla doğulur və infeksiyalarla təkbaşına mübarizə aparmalı olur. Onların anadangəlmə bu xəstəliyi ilk immun əskikliyi adlanır. Lakin onlara onurğa beyni köçürməklə yardım etmək mümkündür. Donor immuntet uşağa kifayət qədər yardımçı ola bilir. Oxşar xəbərlər
|