Təbii bal və onun faydaları
Mьəllif: admin1
Tarix: 18-11-2016, 09:58
Bцlmə: Xəbərlər
Təbii bal və onun faydaları
Orqanizmin qidaya və enerjiyə olan ehtiyacı günü-gündən artır. Sağlan və təbii qidalanma insan həyatının ayrılmaz bir hissəsi olub, onun həyat tərzini tənzimləyir.

Mütəxəssislər sağlam həyat tərzi yaşamaq istəyən adamlara orqanizm üçün lazım olan enerjini şəkərdən deyil, baldan almağı tövsiyə edirlər.

Bal təbii bir qida maddəsi olaraq orqanizmin şəkərə ola təlabatını ödəmək qabiliyyətinə malikdir. Bal təbii enerji qaynağı olmaqla bərabər bir çox xəstəliklər zamanı dərmanları əvəz edəbiləcək gücə malikdir.

Mütəxəssislər balın azyaşlı uşaqlar üçün də faydalı olduğunu söyləyirlər. Balın tərkibində olan vitamin, mineral, enzim, aminturşular uşaqların orqanizminin inkişafında çox faydalıdır. Amma mütəxəssislər bir yaşına qədər olan uşaqların bal yeməsini məsləhət görmürlər.

Ən faydalı qida maddəsi sayılan balın tərkibində həyat üçün lazım olan bütün faydalı maddələr var. Bal bu xüsusiyyətini tərkibində olan maddələrə görə qazanıb. 1 qram bal əmələ gətirmək üçün arılar 4000-dən çox çiçəyin nektarının toplayırlar. Balın tərkibində minlərcə şəfalı bitkilərin nektarı olduğuna görə onun müalicəvi xüsusiyyəti çox yüksəkdir. 100 qram balda təxminən 325 kalori vardır. Bal antioksidant və antibakterial tərkibinə görə orqanizmin müdafiə qüvvəsini yüksəldir. O orqanizmi sağlam şəkildə qorumaqla yanaşı bir çox xəstəliklərin də əmələ gəlməsinin qarşısını alır. Buna görə də əl, dəri və saçlara kosmetik vasitələr hazırladıqda baldan xammal kimi istifadə edilir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930