Ayətullah Kermani: Seçkilərdə hazırki prezident Həsən Ruhanini dəstəkləmək fikrimiz yoxdur
slamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranın Mübariz Ruhanilər Cəmiyyətinin sədri Ayətullah Müvəhhidi Kermani mühafizəkarların prezident seçkilərinə hazırlaşması barədə danışıb. Əsas problemlərinin dünya sevgisi olduğunu deyən Ayətullah Kermani bildirib:
“Bizim namizədimiz zərrə qədər nəfsinə tabe olmayan və Allah üçün iş görə bilən şəxs olacaq. Bizim üçün əsas meyar budur. Bizim Həsən Ruhanini dəstəkləmək barədə bir fikrimiz yoxdur. Mümkündür ki, cəmiyyətimizin hansısa üzvü hazırki prezidenti dəstəkləsin, lakin üzvlərimizin əksəri fərqli düşünür. Həsən Ruhani, Haşimi Rəfsəncani, İmami Kaşani və Natiq Nuri bizim cəmiyyətimizin üzvüdülər, lakin uzun müddətdir ki, iclaslarımızda iştirak etmirlər. Cəmiyyətimiz bu şəxslərin cəmiyyətdə olmasından ümüdsüzdürlər. Cənab Ruhani biliri ki, mühafizəkarlar onun barədə müsbət fikirdə deyillər. Ruhani ilk gündən bəri Rəfsəncaninin yanında olub.” Qeyd edək ki, Həsən Ruhani islahatçıdır (reformistlər - red.) və son prezident seçkilərində 1-ci turdaca qələbə qazanmışdı. Oxşar xəbərlər
|