Suriya: Türkiyə və ABŞ terrorçulara dəstək olur, onları maliyyələşdirir...
İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın əlində ABŞ və Türkiyənin Suriya ərazisində fəaliyyət göstərən radikal qruplaşmalara tam dəstək verməsi haqda dəlillər var. Bu haqda Suriya ordusu Siyasi İdarəsinin Məlumat Şöbəsinin rəhbəri general Samir Süleyman danışıb.
"Birləşmiş Ştatlar İŞİD-i dəstəkləyir və terrorçuluğu maliyyələşdirir. Bunun ən böyük sübutu, ABŞ HHQ-in Suriya ordusunun Deyr-əz-Zordakı hissələrinə zərbə endirməsi ilə bağlı olan hadisədir. Bu hadisənin nəticəsində İŞİD terrorçularının oradakı hərbi aerodromuna hücum etmək üçün yolunun qarşısı açıldı.", - deyə general bildirib. Türkiyəyə gəldikdə isə, Süleyman qeyd edib ki, rəsmi Dəməşq rəsmi Ankaraya qarşı birbaşa yox, "silahlı terror qrurplaşmalarıyla mübarizə yolu" ilə müqavimət göstərir. "Bizim ordumuz hər dəfə ki, ölkənin bütün regionlarında, xüsusən də Hələbdə terror qruplaşmaları ilə döyüşən zaman, bu o mənaya gəlir ki, o birbaşa olmasa da, dolayısı yolla Türkiyə ilə mübarizə aparır. Hər şey Ankaranın bu qruplaşmalara silahlarla, canlı qüvvə ilə, öz mütəxəssisləri ilə tam dəstək verməsinə görədir. Həmin mütəxəssislər (və canlı qüvvə) isə öz növbəsində döyüşlərdə iştirak edirlər.", - deyə general qeyd edib. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi də qeyd edib ki, Suriyada terrorçuluqla mübarizə getməkdə olan ABŞ administrasiyasının məqsədi olmayıb. Oxşar xəbərlər
|