Hələbdə onlarla terrorçu silahlarını yerə qoyaraq təslim olub
Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı Hizbullah təşkilatının dəstəyi ilə Hələb vilayətində uğurla irəliləməyə davam edir.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hökumət qüvvələrinin irəliləməsi müqabilində terrorçular bir-birinin ardınca silahlarını yerə qoyaraq hökumət qüvvələrinə təslim olmağa başlayıblar. Təslim olan bütün terrorçulara Suriya prezidenti Bəşər Əsədin elan etdiyi amnistiya şamil olunur. Bu arada Suriya ordusu terrorçulardan Hələbin 8 məhəlləsini azad edib. Bu hərbi əməliyyatlar zamanı 2,5 min mülki əhali təxliyə edilib. Bunların arasında 800 uşaq var. Oxşar xəbərlər
|