Bu qidanın faydalarını saymaqla bitmir
Zülal, dəmir və kalsium baxımından zəngin olan badamın faydalarını saymaqla bitmir. Tərkibində yüksək səviyyədə yağ ehtiva edən badam, düzgün miqdarda qəbul edildiyi zaman çox sağlamdır.
Tərkibində olan yağlar arıqlamağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəblə də gündə 10-15 ədəd badam yeyilməlidir. Çiy, duzsuz və qovrulmamış badam yeməyimiz daha faydalıdır. Badam, bədən və zehin yorğunluğunu aradan qaldırarkən, həmçinin böyrəkdə olan iltihabları da yox edir. Tərkibində olan yağ turşuları ürək və damar xəstəliklərindən qoruyur. Yaxşı və pis xolesterinin tarazlanması üçün badam olduqca faydalıdır. Fosfor sümük sağlamlığının qorunmasında mühüm təsirə malikdir. Qocalmaqla birlikdə artan sümük ağrılarının qarşısının alınmasında və dişlərin möhkəmliyini artırmada badam mütləq gündəlik olaraq istehlak edilməlidir. E vitamini baxımından zəngin olan badam antioksidant daşıdığından ürək sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur. Yeməklərdən sonra qəbul edilən badam insulin və qlükozanın artmasına mane olmağa yardımçı olur. Badam istehlak edərək, şəkər səviyyənizi sağlam səviyyədə saxlaya bilərsiniz. Deyerler.Org Oxşar xəbərlər
|