Erməni terroçuya Türkiyədə abidə qoyuldu
Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub.
Publika.az xəbər verir ki, belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib. Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var: “Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə altımızı qazmağa çalışırlar. Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub. Abidə üzərində bu sözlər də yazılır: “Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir”. Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özlərinə müdafiə kimi istifadə edirlər”. Jurnalist yazır ki, bütün bu faktları Əli Ərdincin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib: “Bu komitə olmasa, bütün bu hadisələrdən heç kəsin xəbəri olmayacaqdı”. Oxşar xəbərlər
|