ABŞ-da məscidlərə təhdid məktublarının sayı artıb
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-da məscidlərə təhdid məktublarının göndərilməsinin sayı artıb. ABŞ-ın Kaliforniya ştatındakı bəzi məscidlərə göndərilən eyni məzmunlu təhdid məktubunun, Ceorciya və Floridadakı bəzi məscidlərə də göndərilməsi, hadisənin ölkə ərazisində müsəlmanlara qarşı yeni cinayətlərin artma ehtimalını gündəmə gətirib.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis, sözügedən təhdid məktublarının ilkin olaraq Kaliforniya ştatının Los Anceles şəhərinə aid Santa Klarita zonasından göndərildiyini və hamısının eyni məzmuna və imzaya malik olduğunu bildirib. Əvvəlcə Los Anceles ərazisindəki bir neçə məscidə göndərilən və müsəlmanları təhqir edən ifadələr olan məktubun sonunda "Çox yaşa Tramp", "Tanrı ABŞ-ı qorusun" sözləri yer alıb. Oxşar xəbərlər
|