Hələbin şimal-şərqi tamamilə terrorçulardan təmizləndi
Suriya ordusu və milli müdafiə qüvvələrinin Hələbin şimal-şərqini tamamilə işğaldan azad etməyə nail olub.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi açıqlama verərək, Suriya ordusunun Hələb şəhərinin şərq hissələrindəki 14 məhəlləni yaraqlıların əlindən azad etdiyini, 8500 mülki vətəndaşın bu bölgələrdən çıxarıldığını açıqlayıb: "Ordu və milli müdafiə qüvvələri Şeyx Xodr və Şeyx Fares bölgələrinin nəzarətini yenidən ələ keçirdi. Bu səbəblə Hələbin şimal-qərbinin tamamilə ordunun nəzarəti altında olduğunu deyə bilərik. Azad edilən bölgələrə snayperlər yerləşdirilib. Suriyalı hökumət qüvvələri Hələbin şərqində yaraqlıların nəzarətində olan bölgələrdə əməliyyatlarını gecə ərzində davam etdirib. Son 24 saat ərzində Hələbin şərqindəki 14 məhəllə terrorçulardan geri alınıb". Açıqlamaya əsasən, bu müddət ərzində 4000-i uşaq olmaqla 8500 mülki vətəndaşın Hələbin terrorçuların nəzarətində olan bölgələrdən qaça bildiyi vurğulanıb. 140 terrorçunun isə müqavimət göstərmədən xüsusi dəhlizlər vasitəsilə şəhəri tərk ediblər. Oxşar xəbərlər
|