İran və Qafqaz ölkələri din alimlərinin birgə seminarı
İran və Qafqaz ölkələri din alimlərinin "müsəlman rəhbərlərin zorakılıq və radikalizm ilə mübarizədə rolu" mövzusunda seminarı İİR-nın "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ında keçiriləcəkdir.
Maide.Az-ın verdiyi məlumata görə İran və Qafqaz ölkələri din alimlərinin "müsəlman rəhbərlərin zorakılıq və radikalizm ilə mübarizədə rolu" mövzusunda seminarı cari ilin dekabr ayının 3-də, həftənin şənbə günü, İran İslam Respublikasının "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının təşəbbüsü ilə bu təşkilatın "Əz-Zəhra (s)" toplantı salonunda keçiriləcəkdir. Tehran vaxtı ilə günün ikinci yarasında, saat 15:00-da keçiriləcək bu toplantıda Əbuzər İbrahimi Türkəman - İran İslam Respublikasının "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının rəisi, Ayətullah Təsxiri, İslam dünyası məsələlərində İran İslam İnqilabı Rəhbərti Həzrət Ayətullah Üzma Xameneinin məşvərətçisi, Ayətullah Möhsin Əraki- İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının (TƏQRİB) baş katibi, Ayətullah Əxtəri- Ümumdünya Əhli- Beyt (ə) cəmiyyəti birliyinin baş katibi, Nəvvab- Dinlər və Məzhəblər Universitetinin rəisi və digərləri iştirak edəcəklər. Oxşar xəbərlər
|