Ərəbistanlı alim vəhhabiliyi alt-üst etdi
Nə vaxta kimi həqiqəti gizlədək? Daha bəsdir! Cana doymuşuq; Bu firqəni kənara atmaq lazımdır ki, sülh və əmin-amanlıqda yaşayaq" Nardaranpiri.com-un AzadXeber.net-ə istinadən verdiyi xəbərə görə, Həsən Fərhan əl-Maliki özünün Twitter sosial şəbəkəsindəki hesabında yazıb: "Bütün bəla və müsibətlərin, yəni vəhhabiyyətin səbəbini tanımağın zamanı yetişib." O, daha sonra yazır: Nə vaxta kimi həqiqəti gizlədək? Daha bəsdir! Cana doymuşuq; Bu firqəni kənara atmaq lazımdır ki, sülh və əmin-amanlıqda yaşayaq. Tədqiqatçı alim sözlərinin davamında yazıb: Bizim qəlblərimiz pak və ağ idi. Biz, "vəhhabiyyət" zəhəri dərs proqramları vasitəsilə cəmiyyətə nüfuz edənə və aramızda düşmənçilik və nifrət toxumu səpənə qədər vəhhabiyyət adında bir şey tanımırdıq. Maliki daha sonra qeyd edib: Vəhhabilik bu üç əsr ərzində qarşılaşdığı hər bir cəmiyyətdə təfriqə və bölücülük yaradıb; Bütün hökumətləri təkfir edib, Quranın "möhkəmat" və "mütəşabihat"ını qarışdırıb. O, daha sonra əlavə edib: 3 əsrdir ki, bu cərəyanı - öz əsl adından başqa - müxtəlif adlarla eşidirik: Radikallıq, İxvan, Cəhimaniyyə, "DAEŞ" (İŞİD), təkfirçi cərəyan... və s. Rahat şəkildə deyin "vəhhabiyyət". Maliki sözünün sonunda bu firqənin başçılarına xitabən belə yazıb: Bizi rahat buraxın ki, həqiqi islamı tanıyaq; Quran islamını, idrak, əxlaq, sülh islamını və insanların hüquqlarını tanıyaq. nardaranpiri.com Oxşar xəbərlər
|