Ac qarına içilən su möcüzəsi...
Mьəllif: admin1
Tarix: 6-06-2020, 09:23
Ac qarına içilən su möcüzəsi...
Sağlam bir insanda bədənin 50 faizini su təşkil edir. Sağlamlığınızı qorumaq, orqanizminizdə inkişafda olan xəstəliklərin qarşısını almaq üçün su içmək olduqca əhəmiyyətlidir.

Hər gün ac qarnına 1 və 4 stəkan arası su içsəniz, sağlamlığınıza olan faydalarını zaman içərisində siz də görəcəksiniz.

Səhərlər ac qarnına su içmək, bədəninizi toksinlərdən təmizləyəcək, orqanizmdən zərərli toksinlərin atılmasını təmin edəcəkdir.

Gecələr bədənimiz hüceyrələri bərpa etmək və yeniləmək üçün çalışır. Bu səbəblə ac qarına içilən su bədəndəki atılması lazım olan zərərli maddələrin daha asan atılmasını təmin edəcəkdir.

Səhər yeməkdən əvvəl içilən ilıq su arıqlamağa köməkçi olur və orqanizmdə artıq kalori yaranmasını əngəlləyir.

Dərimizin ən yaxşı dostlarından biri olan su, dəri sağlamlığı baxımından olduqca faydalıdır. Su dəriyə elastiklik qazandırır, rütubət miqdarını tənzimləyir və daha sağlam bir dəriyə sahib olmağınıza yardımçı olur.

Bu səbəbdən də, sağlam olmaq üçün su istelakına diqqət yetirin.


Deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930