Fətullah Gülənin Bakıdakı əsas adamı postundan getdi
Mьəllif: admin1
Tarix: 27-05-2014, 11:38
Bцlmə: Xəbərlər
Fətullah Gülənin Bakıdakı əsas adamı postundan getdi

Azərbaycanda fəaliyyət göstərən Türk Sənayeçi və İş Adamları Dərnəyi (TUSİAB) İdarə Heyətinin sədri vəzifəsinə keçirilən seçkilərdə Yavuz Kələş qalib gəlib.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azərbaycanda fəaliyyət göstərən Türk Sənayeçi və İş Adamları Dərnəyi (TUSİAB) İdarə Heyətinin sədri vəzifəsinə keçirilən seçkilərdə Yavuz Kələş qalib gəlib.

Bakıda düzənlənən toplantıya Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan təmsilçisi Sadəttin Topukçu, Milli Məclisin deputatı Musa Qasımlı və çoxsaylı iş adamı qatılıb. Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan toplantıda, protokol çıxışlarının ardınca TÜSİAB idarə heyəti üzvlüyünə və sədrliyinə seçkilər keçirilib. Seçkidə tək namizəd olaraq iştirak edən Y.Kələş idarə heyətinin sədri seçilib.

Qeyd edək ki, buna qədərki dövrdə TUSİAB-ın İdarə Heyətinin sədri Murad Bakır idi. O, Azərbaycanda Fətullah Gülənin əsas adamlarından biri sayılırdı. “Nurçu”larla bağlı məsələ Azərbaycan mətbuatının gündəminə gələndən sonra onun haqqında da xeyli yazı dərc olunmuşdu. Görünür, F.Gülənin son addımına da məhz bu yazılar təsir edib.

axar.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031