"Dünyada İran və şiə xofu qaldırılır ki, İsrail asudə olsun" – Ayətullah Xamenei
İran İslam İnqilabının ali lideri Ayətullah Xamenei “Məbəs” bayramı münasibətilə Tehranda müsəlman ölkələrinin səfirlərini qəbul edib. Nardaranpiri.com-un SalamNews-a istinadla verdiyi xəbərə görə, dini lider səfirlər qarşısında İslam dünyasının düçar olduğu problemlərdən danışıb. "Dünya müsəlmanlarının başını ixtilaf və təfriqə ilə qarışdırırlar ki, İsrail öz problemlərini həll edə bilsin. İslam dünyasının düşünməyə ehtiyacı var. Niyə bəzilər başa düşmür ki, dünyada İran və şiə xofunun qaldırılması cəhdində məqsəd İsrailin asudə olmasıdır. Bu gün Afrikada bir qrup insan müsəlman olduğu üçün zülmə məruz qalır. Bir qrup isə İslam adı altında camaatın qızlarını oğurlayır. Bu, öna görədir ki, İslamın mahiyyəti düzgün izah edilməyib.", - Ayətullah Xamenei bildirib nardaranpiri.com Oxşar xəbərlər
|