“Məscidul-Həramda sünnilərlə namaz qılın!, elə bil peyğəmbərin arxasında namaz qılmısız”
“İmamlardan əhli-sünnənin camaat namazlarında iştirak etməyin savabı haqda o qədər hədis var ki!. Hədislərin birində deyilir ki, Məscidul-Həramda onların arxasında namaz qılın! Elə bilin ki peyğəmbərin(s) arxasında namaz qılmısınız”
İslamınSesi.info xəbər verir ki, bu gün rəbiul-əvvəlin 15-dir. Rəbiul-əvvəlin 12-17 –i peyğəmbərin(s) miladi günüdür. Müsəlman dünyası bu günləri vəhdət həftəsi kimi qeyd edir. Vəhdəti necə nümayiş etdirmək olar? Bu haqda Ayətullah Seyyid Əli Xameneinin 7 il öncə İranın Həcc Təşkilatının işçiləri qarşısında deyilən vəhdət notlarını təqdim edirik: “Hacı ora gedəndə Məscidul-Harama, peyğəmbər(s) məscidinə gedəndə və ya Bəqidə, Uhud şəhidlərinin ziyarətində, Mina və Ərəfatda olanda rəftarı islam ədəbi ilə zinətlənməlidir. Onun tərbiyəsi Quranın dediyi tərbiyə, xuşu əhli, təvazökar, məhəbbət əhli olmalı və onu-bunu təhqir edən olmamalıdır. O təfriqə deyil, cəm əhli olmalıdır. Əhli-sünnətin camaat namazlarında iştirak etmək barədə o qədər hədis var ki!. Hədisdə var ki imamların zamanında deyilib ki, Məscidul-həramda onların arxasında namaz qılın, elə bilin ki, peyğəmbərin(s) arxasında namaz qılırsız. Bunun mənasə nədir?! Məlumdur ki, imam Sadiq(ə) həmin imam-camaatın namazaını peyğəmbərin(s) namazı ilə müqayisə etmir. İmam Sadiq(ə) bunu öz tərəfdarının bir namazı ilə də müqayisə etmir. Amma imam deyir ki, onun arxasında namaz qılın! Bu nə deməkdir?! Bu vəhdəti birliyi nümayiş etdirməkdir. Vəhdəti əməldə göstərmək. Buna görədir ki, imam Xomeyni o agah və bəsirətli kişi bizim hamımıza, bütün iranlı hacılara tövsiyə edir ki, Məscidul-Həramda və Məscidun-Nəbidəki camaat namazlarında hökmən iştirak edin! Bu toplantılarda olun! Belə olmasın namaz zamanı hamının namazda olan vaxtı bir iranlı və bir şiə zəvvar görünsün ki, qaldığı hotelə yük aparır və ya digər bir iş görür.” Qeyd edək ki, Ayətullah Xameneinin çıxışında gətirdiyi hədis Usulu-Kafi əsərində (cild-3 səh-380) gəlibdir. Bu hədisi Həmmad bin Osmanın Əhli-sünnətin camaat namazında iştirak etmək haqda imam Sadiqdən(ə) soruşduğu suala cavab olaraq deyilibdir. Oxşar xəbərlər
|