Ayağını Kəbəyə söykəyən ədəbsiz Səudiyyə polisinin başı bəlada
Bir müddət əvvəl sosial şəbəkələrdə Səudiyyə polisinin ayağını Kəbəyə qoyması şəkli tənqid atəşinə tuş gəlmişdi İslamazeri.az-ın "Riyad Connekt" portalına istinadən verdiyi xəbərə görə, bu polis haqqında Məkkə əmiri Məşal bin Abdullah bin Əbdüləziz prokurorluğa göstəriş verib. O, polisin bu hərəkətinin ədəbsizlik və qəbuledilməz olduğunu, hər kəsin müsəlmanların müqəddəs yerlərində ədəbə riayət etməsini vacib adlandırıb. Məkkə əmiri həmçinin polis rəisinə yeni bir nizamnamə yaradılmasını və Kəbədə insanların buna əməl etməsinin nəzarət ediməsi üçün addım atmasını tələb edib. Polisin yaxın zamanlarda həbs ediləcəyi gözlənilir. Qeyd edək ki, Məkkə əmiri bu qərarı müsəlmanlar ölkələrində bu xəbərin geniş yayılmasından və Səudiyyəyə qarşı mənfi fikirlər yaranmasından sonra verib. Oxşar xəbərlər
|