Tibb dünyası üçün yenilik - Balıq dərisi ilə möcüzə
Brazilyalı həkimlər Tilapiya balığından istifadə edərək bir yeniliyə imza atıblar.
İslaminSesi Haber7-yə istinadən bildirir ki, Kandido Silva adlı bir şəxsin üzündə və qollarındakı ikinci dərəcəli yanığın izlərini onlar tilapiya balığının dərisi ilə müalicə ediblər. İş qəzası ilə qolları və üzü yanan Silva həkimlərə bu alternativ yolla onu müalicə etməsinə izn verib. 20 gün ərzində onun dərisinə döşənən balığın dərisi tez-tez dəyişdirilib. Balıq dərisi ilə gəzməyin heç də asan olmadığını söyləyən qadın müalicə müddəti ərzində heç bir ağrı hiss etmədiyini və bu dərilərin yanıq yerlərini sərinlətdiyini söyləyib. Müalicədən sonra həkimlər vazelindən istifadə edərək həmin dərini onun yanıq yerlərindən açıblar. Lakin belə bir sual meydana çıxır? Niyə tilapiya balığı? Bu balığın seçilməsi Braziliyada asan tapılması və xəstəliklərə çox davamlı olmasıdır. Həkimlər müəyyən ediblər ki, bu balığın dərisi həddindən artıq nəmlə zəngindir. Yəni bu balğın dərisinin quruması üçün uzun müddət lazımdır. Bu xüsusiyyətlər də Silva kimi xəstələrə lazımı proteinləri özündən ötürə bilir. Oxşar xəbərlər
|