Ayətullah Seyyid Əli Xamneyi- Bəzi qüvvələr İslam adı altında müsəlmanlara zülm edir, qətliamlar törədir
Mьəllif: admin1
Tarix: 28-05-2014, 23:32
Bцlmə: Xəbərlər
Ayətullah Seyyid Əli Xamneyi- Bəzi qüvvələr İslam adı altında müsəlmanlara zülm edir, qətliamlar törədir

İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei Müqəddəs Məbəs Bayramı münasibəti ilə İslam ölkələrinin səfirləri və ölkə rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edərək İslam ümmətini Məbəs bayramı münasibətilə təbrik edərək insanları ağıl və düşüncəyə yönəltməyi Peyğəmbər besətinin ən mühüm amili olduğunu vurğulamışdır.
Ahlibeyt.az -ın İran mediasına istinadən verdiyi xəbərə görə Ayətullah Xamneyi çıxışında qeyd etmişdir ki, "İslam və Quran təlimlərinə dair düzgün və dərin baxışın olmadığına görə bu gün bəzi qüvvələr İslam adı altında müsəlmanlara zülm edir, qətliamlar törədir və hətta günahsız qız uşaqlarını qaçırırlar”.

İslam İnqilabının lideri müasir İslam dünyasında düşüncə boşluğuna dair başqa bir nümunəyə toxunaraq - “Bu gün düşmənlər İslamla açıq mübarizəyə keçmişlər. Onların ən mühüm alətləri etiqadi ixtilaflar və sünni-şiə ixtilafı törətməkdir. Ağıl və düşüncənin köməyi ilə düşmənin rolunu və məqsədlərini görüb təhlükələrdən qorunmaq olar”. O həmçinin islam ümmətinin öz düşmənlərini yaxşı tanımasını, dini və milli qarşıdurmalardan çəkinməsinin vacibliyini qeyd etmişdir.

O,vahid İslam ümmətinin yaradılmasını İslam dünyasının zəruri ehtiyaclarından biri kimi qeyd edərək, müsəlmanlar arasında ixtilaf törətməklə əsas məqsədlərdən birinin hegemon düşərgənin öz problemlərini ört-basdır etməsini bildirmişdir.Həmçinin bildirmişdir ki, müsəlman xalqlar, xüsusən İslam ümmətinin görkəmli və tanınmış şəxsiyyətlərindən gözlənir ki, ayıqlıqla düşmən cəbhəni tanısınlar və bu həqiqətləri dərk etsinlər.

Ali Dini Lider Qərb superdövlətlərinin Peyğəmbərin mübarizə apardığı cahiliyyətin təbliğatçısı olduqlarını vurğulayaraq-“Ədalətsizlik, ayrıseçkilik, insan məqamına hörmətsizlik, cinsi məsələlərin qabardılması, fəsadların təbliği və digər məsələlər azğın Qərb mədəniyyətinin nümunələrindən olub, o zamankı cahiliyyətin modern üsullarla bərpasından başqa bir şey deyil”.

Ayətullah Xameneyi İslam oyanışına qarşı güclü mübarizənin aparıldığını xatırladaraq bildirdi ki, bəzi yerlərdə bu mübarizə effektiv görünsə də, İslam oyanışını məhv etmək mümkün deyil. O,qeyd etmişdir ki, Quran ayələrinə əsasən, ucalıq əldə etmək üçün ilahi hidayət və vilayət yerinə İslamın və bəşəriyyətin düşmənlərinə üz tutanlar sonda ucalığa qovuşmayacaqlar,həmin düşmənlər onlara təşəkkür etməyəcəklər”.
ahlibeyt.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930