Karlovun qatili Mert Altıntaşın necə öldürüldüyü açıqlandı
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qatili Movlüt Mert Altıntaşın necə öldürülməsi açıqlanıb.
Deyerler.org NTV-yə istinadən xəbər verir ki, Movlüt Mert Altıntaşa səfir Andrey Karlov vurulduqdan 44 dəqiqə sonra müdaxilə edilib. Onun üzərində 3 tapança darağı 60 mərmi aşkar edilib. Movlüt Mert Altıntaşın 4 dəfə ayağından vurulduğu, təslim olmadığı üçün öldürüldüyü qeyd olunub. Karlovun öldürülməsi ilə bağlı sui-qəsdi həyata keçirən Altıntaşın əlaqələrini ortaya çıxaracağı ehtimalıyla cib telefonu istintaqa cəlb olunub. Telefonda 4 fərqli şifrə aşkar edilib. Təcavüzkarın şifrəsini sındırmaq mümkün olmayan telefonunun Rusiyaya göndəriləcəyi bildirilib. Oxşar xəbərlər
|