Ürəyinizin sağlamlığı üçün bunları yeyin
Ürəyin sağlamlığı üçün bənövşəyi qidalara üstünlük verin.
Bədənimizdə olan ən önəmli orqanlardan biri də ürəkdir. Ürəyimizi qorumaq bizim əlimizdədir. Son illər xüsusilə, ürək xəstəlikləri artmaqdadır. Dərman vasitələri ilə yanaşı təbii çıxış yollarına da müraciət etmək lazımdır. Kardiff Qidalanma Mərkəzinin həyata keçirdiyi bir araşdırma, bənövşəyi rəngli qidalardan yararlanmağı ürək xəstəliklərinə qarşı təsirli olduğunu aşkar etdi. Başda badımcan, qırmızı kələm və qaragilə olmaqla, müntəzəm olaraq bənövşəyi rəngli tərəvəz və meyvə istehlak etməyin, ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu bildirildi. Mütəxəssislər bənövşəyi kartof, nar və qara düyünün də ürəyin dostu olduğunu vurğuladılar. Bu qidalar yalnız ürəyi qorumur, eyni zamanda cavan qalmağa da yardımçı olur. Antioksidant cəhətdən zəngin olan bu qidalar immuniteti gücləndirirlər. Deyerler.org Oxşar xəbərlər
|