Saqqalın inanılmaz faydası məlum oldu!
Mьəllif: admin1
Tarix: 6-04-2020, 22:11
Saqqalın inanılmaz faydası məlum oldu!
Avstraliyanın Cənubi Queensland Universitetində aparılan bir araşdırma nəticəsində saqqalın inanılmaz faydaları ortaya çıxıb.

Deyerler.org-un verdiyi xəbərə görə, aparılan araşdırma nəticəsində saqqal saxlamağın başda dəri xərçəngi olmaqla bir sıra sağlamlıq probleminə müsbət təsir etdiyi sübut olunub.

Saqqal saxlamağın faydalarını araşdıran Cənub Queensland Universiteti geriləmə əlaməti kimi təqdim olunan saqqalın insan dərisinə inanılmaz faydalarının olduğunu ortaya çıxarıb.

Saqqal, dəri xərçəngilə əlaqəli olan günəş şüalarının zərərlərinə qarşı böyük müdafiəni təmin edir. Üzün saqqal və bığla örtülü təbəqələrinin saqqalsız təbəqələrinə nisbətən zərərli UV şüalarına üçdə bir dəfə daha az məruz qaldığı sübut olunub. Həmçinin dəri xərçənginə ən yaxşı üsul olduğunu müdafiə edən tədqiqatçılar, xüsusilə müsəlman ölkələrinin bu məsələdə daha şanslı olduğunu ifadə ediblər.

London Universitetinin mütəxəssisləri Dr. Rob Hicks və Dr. Nick Lowe saqqalın yaşın artması müddətini, yaşlılıq əlamətlərinin ortaya çıxmasını ləngitdiyini və üzü qurudan küləklərdən qoruyaraq dərinin nəmli qalmasını təmin etdiyini bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031