Harvard Universiteti İslami hüququ öyrənmək üçün tələbələrə təqaüd verəcək
Harvard Universitetinin Hüquq fakültəsi yeni təhsil ilində İslam hüququ tədqiqatı üzrə tələbələrə təqaüd verəcək.
Maide.Az "breitbart"a istinadən xəbər verir ki, ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan Harvard Universiteti elan edib ki, 2017-2018-ci il təhsil ilində Amerikada İslam haqqında siyasi və ictimai dialoq yaratmaq və eləcədə, İslam hüququ sahəsində alimlərin yetişdirilməsi məqsədi ilə belə bir addım atır. Tələbələr hər ay 5 min dollar təqaüd alacaqlar və İslam hüququnun siyasi cəhətləri sahəsində araşdırmalar aparacaq. Araşdırmalar qısa metrajlı sənədli film, siyasi məhkəmə çəkişmələri və məqalələr formasında olacaq. Oxşar xəbərlər
|