Ayətullah Muhsin Əraki: Müsəlmanlar fitnələr qarşısında ayıq olmalıdırlar!
"Bu fitnələr düşmənin ən təhlükəli və təhdidedici hiyləgər planıdır" İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, "İslam Məzhəbləri Arasında Dostluq Təşkilatı"nın rəhbəri Ayətullah Muhsin Əraki İslam düşmənlərinin müsəlmanlar əleyhinə qurduqları planlar barədə xəbərdarlıq edib. Muhsin Əraki məhzəblər arasında qarşıdurmaların yaradılmasının İslam düşmənlərinin yeni fitnəsi adlandırıb və müsəlmanları bu mövzuda olduqca diqqətli olmağa çağırıb. O, bu fitnəni düşmənlər tərəfindən hazırlanmış "ən təhlükəli və təhdidedici hiyləgər plan" adlandırıb, məzhəblər arasında qarşıdurma və təkfirçilik yaratmağı hədəflədiklərini bildirib. Həmçinin bütün bunların cahillər və təəssübkeşlər tərəfindən yayıldığını vurğulayıb. Oxşar xəbərlər
|