ABŞ-ın İrana qarşı hücumu İsrailin sonunu gətirəcək
Mьəllif: admin1
Tarix: 31-05-2014, 16:41
Bцlmə: Xəbərlər
ABŞ-ın İrana qarşı hücumu İsrailin sonunu gətirəcək

İranlı komandir xəbərdarlıq edərək deyib ki, ABŞ-ın İrana qarşı hər hansı bir zorakılıq hərəkəti İsrailin sonunu gətirəcək və ABŞ-ı müharibə bürüyəcək.
Bu açıqlama İran ordu qüvvələri komandiri briqada generalı Məsud Cəzayeri tərəfindən ABŞ prezidenti Barak Obamanın təhdidlərinə cavab olaraq edilmişdir.

General deyib: “Onlar bilir ki, İran İslam Respublikasına qarşı zorakılıq Tel Əvivin məhv edilməsi və ABŞ-ın davamlı müharibə içərisində olmasına səbəb olacaq.”

Çərşənbə günü ABŞ Hərbi Akademiyasının təntənəli buraxılış gecəsində çıxış edən Obama deyib ki, İran nüvə enerji proqramı üzərində yaranmış mübahisəni həll etmək üçün çox əlverişli fürsət mövcuddur, ancaq Vaşinqton hərbi hücum da daxil olmaqla İrana qarşı bütün seçimləri masa üzərində saxlayır.

İranın baş komandiri Obamanın bu arzusunu əldə edilməz uşaqlıq arzuları ilə müqayisə edib.

Cəzayeri deyib: “Əgər ABŞ və onun müttəfiqlərinin İrana hücum etmək qabiliyyətləri olsaydı onlar bir an da olsun belə tərəddüd etmədən bunu həyata keçirərdilər və əlbəttə Obama bu cür boş sözləri deməkdən heç vaxt utanmır.”

İranlı komandir deyib ki, qlobal hegamoniya dövrü başa çatıb və pul və silah imperiyası tezliklə çökəcək.

Obamanın bu açıqlaması İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Rusiya, ABŞ, Çin, Britaniya, Fransa və üstəgəl Almaniya arasında İslam Respublikasının nüvə enerji proqramı üzərində yaranmış mübahisəyə son qoymaq üçün danışıqların getdiyi bir vaxtda gəldi.

Hər iki tərəf danışıqların sonuncu mərhələsini bu ayın əvvəlində Avstryanın paytaxtı Vyanada təşkil etdilər. Danışıqların növbəti mərhələsi 16-20 iyun tarixində Vyanada keçiriləcək.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031