Ayətullah Rəfsəncani İmam Xomeyni (r.ə) məqbərəsində torpağa tapşırıldı (Foto)
İranın Məsləhət Şurasının sədri və ölkənin sabiq prezidenti Ayətullah Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi sona çatıb.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, yanvarın 8-də 82 yaşında vəfat edən Ayətullah Rəfsəncaninin bu gün səhər keçirilən dəfn mərasimində milyonlarla insan iştirak edib. Tehran Universitetində keçirilən mərasimdə cənazə namazı ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin imamlığı ilə qılındıqdan sonra, cənazə dəfn üçün İmam Xomeyninin məqbərəsinə aparılıb. Ayətullah Rəfsəncaninin cənazəsi İmam Xomeyni türbəsində 100 minlərlə insanın iştirakı ilə İmam Xomeyninin məzarının yanında torpağa tapşırılıb. Ayətullah Rəfsəncaninin vəfatı münasibətilə İranda 3 gün yas elan edilib. Ayətullah Rəfsəncaninin vəfat etməsi xəbəri dünya miqyasında geniş əks-sədaya səbəb oldu və bir çox ölkənin yüksək vəzifəli rəsmiləri bu hadisəyə görə İran xalqına başsağlığı verdilər. Oxşar xəbərlər
|