Kələmin faydası
Mьəllif: admin1
Tarix: 16-01-2017, 21:17
Kələmin faydası
Kələm ən faydalı tərəvəzlərdən biridir. Kələm C vitamini ilə xüsusilə zəngindir.

Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur.

C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır.

C vitamini həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.

Bundan əlavə kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir.

Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir.

Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Kələm bağırsaqlara "süpürqə" kimi təsir edir, bağırsaqları yaxşı təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Lakin çoxlu miqdarda qəbul etdikdə, kələm köpə, qarın ağrılarına səbəb ola bilər.

Kələm orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.

Kələm yodla xüsusilə zəngindir. Bu mikroelement beyinin və qalxanavari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.

Kələmi çiy vəziyyətdə müxtəlif salatlar tərkibində qəbul edin. Belə salatlar əsl vitaminlər mənbəyidir. Məsələn, belə dadlı və faydalı salat hazırlamaq olar: 200 qr kələm, 1 dənə turş alma, 2 dənə kök, 3-4 dənə qara qavalı qurusu, cəfəri xırda doğranılır, üzərinə 1/2 limon şirəsi və 1 xörək qaşığı zeytun yağı əlavə olunur və yaxşı qarışdırılır. Qəbul etdikdən əvvəl salatı yarım saat ərzində soyuducuda saxlayın.

Kələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.

Kələm kosmetologiyada da geniş istifadə olunur. Kələm üz dərisinə çox müsbət təsir edir - dərini cavanlaşdırır, ağardır, daha elastik edir. Çox sadə üz maskası variantı - təzə kələm yarpağını barmaqlarınızla bir qədər əzin və sonra təmiz üz dərisinə qoyun. 15 dəqiqədən sonra yarpağı götürün.

Digər cavanlaşdırıcı maska resepti: kələmi blenderdə əzin, 1 xörək qaşığı xama, 1 çay qaşığı təbii ərik yağı əlavə edin, yaxşı qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031