Yunis Peyğəmbərin məqbərəsinin azad edildikdən sonra ilk videogörüntüləri
İraq hökuməti Yunis Peyğəmbərin məqbərəsi kompleksinin tezliklə təmir ediləcəyini bildirib.
İslaminSesi.info İraqın əl-Mousuliyyə telekanalına istinadla xəbər verir ki, İraq Ordusu şəhərdə Dəclə çayının şərqinin tam şəkidə azad edildiyini açıqlayıb. Son günlərdə azad edilən obyektlər arasında Yunis Peyğəmbərin məqbərəsi də var. İŞİD terror təşkilatı Mosulu 2014-cü ilin iyun ayında zəbt edib. Yunis Peyğəmbərin məqbərəsi həmin ilin sonlarında təkfirçi təşkilat tərəfindən partladılıb. Qeyd edək ki, İraq hökuməti Yunis Peyğəmbərin məqbərəsi kompleksinin tezliklə təmir ediləcəyini bildirib. Yunis Peyğəmbərin məqbərəsinin azad edildikdən sonra ilk çəkilən görüntülərini təqdim edir: Oxşar xəbərlər
|