Ürəyə ziyan vuran pis vərdişlər - ARAŞDIRMA
Bəzi pis vərdişlər vardır ki, ürəyə zərbə vurur və ürək sağlamlığını təhlükə altına salır.
1. Dişləri təmizləməmək. Son tədqiqatlar göstərir ki, o kəslər ki, damaq xəstəliklərindən əziyyət çəkir, daha çox ürək xəstəliklərinə düçar olarlar. Dişlərin arasında yaranan bakteriyalar başqa bədən üzvlərinə də təsir qoyar. Qan damarlarında iltihabın yaranmasına səbəb olar. Ona görə də dişləri hər gün fırçalamaq, daha yaxşısı – bununla bərabər, onları diş sapı ilə təmizləmək. 2. Ağrıkəsici dərmanları konfet kimi yemək. Bu düzdür ki, ağrıkəsici dərmanlar sizi ağrılardan xilas edər. Lakin bu dərmanların pis nəticələrinə diqqət edin. O kəslər ki, daha çox ağrıkəsicilərdən istifadə edirlər, daha çox ürək, beyin və damar xəstəlikləri riski ilə qarşı-qarşıya olurlar. 3. İdman etməmək. Ürək xəstəliklərinə yol açan amillərdən biri də idman etməməkdir. Halbuki, insan gün ərzində 30-60 dəqiqə idman etməlidir ki, ürəyi sağlam olsun. Yemək yedikdən sonra da 15 dəqiqə yol getmək ürək sağlamlığı üçün faydalıdır. 4. Yediklərinizə diqqət etməmək. Sağlam ürəyə malik olmaq üçün gərək sağlam qidalanasınız. Ona görə də gün ərzində kifayət qədər meyvə və tərəvəz qəbul edin. Çünki bu qidalarda olan vitaminlər ürək sağlamlığı üçün çox mühümdür. 5. Səhər yeməyi yeməmək. Səhər yemək yeməmək sizi enerjidən məhrum etməklə yanaşı, həm də sonrakı yemək vədəsində daha çox kalori qəbul etməyinizə səbəb olar. 6. Stressiniz vardır. Stress ürəyə mənfi təsir qoyar. Stress qan təzyiqini qaldırar və qandakı xolesterini yüksəldər. Hər şeydən əvvəl, stressin mənbəyini tapmaq lazımdır. Sonra da onu aradan qaldırıb, yaxşı duruma çatmaq lazımdır. 7. İşinizin müəyyən saatı yoxdur. O kəslərin ki, iş saatı müəyyən edilməmişdir, daha çox ürək infarktı riski ilə üzləşər. Çünki belə bir iş ürək döyünmələrində problem yaradar və ürək sağlamlığına zərbə vurar. /Deyerler.org/ Oxşar xəbərlər
|