Diş ağrısını ən təsirli təbii üsullar...
Diş ağrısı müxtəlif səbəblərdən baş verə bilər. Səbəbindən asılı olmayaraq, həkimə müraciət edənə kimi ağrının qarşını təbii üsullarla ala bilərsiniz. Necə?
İslaminSesi xəbər verir ki, Publika.az diş ağrısını dərhal kəsən təbii vasitələri araşdırıb: Mixək və ya mixək yağı: Mixək yağını ağrıyan dişin ətrafına çəkin. Mixəyi dişlərin arasına qoyub sıxmaq da faydalıdır. Sarımsaq: Ağrıyan dişin üzərinə qoyun. Sarımsaq bakteriyaları məhv edərək diş ağrısını azaldacaq. Sarıkök: Bu ədviyyatı su ilə qarışdırıb məcun halına salın. Ağrıyan dişin üzərinə çəkin. Çörəkotu: Dişlərin arasına qoyaraq sıxın. Qısa zamanda ağrını aradan qaldıracaq. İstiot: Qara istiot da diş ağrısını kəsən təbii vasitələrdən biridir. Dişin üzərinə səpib gözləyin. Qeyd edək ki, bu vasitələrdən istifadə etməzdən öncə dişlərinizi fırçalayıb ağzınızı qarqara etməlisiniz. Oxşar xəbərlər
|