Quran dərsi keçdiyi üçün...
Myanmar təhlükəsizlik qüvvələri 8 rohingiyalı müsəlmanı Raxin bölgəsində Quran dərsi keçdiyi üçün həbs edib.
Maide.Az xəbər verir ki, Myanmar təhlükəsizlik qüvvələri Rohingiya müsəlmanlarına qarşı yeni cinayətlərə əl atıb. Belə ki, məğrib namazından sonra məsciddə qaldıqlarına görə 155 müsəlmanı, həmçinin Arakan əyalətində Quran dərsi keçdiyinə görə isə 8 müsəlmanı həbs edilib. Myanmar təhlükəsizlik qüvvələri, həmçinin 10 müsəlmanı boş bəhanə gətirərək yəni əkin sahəsində işləməkdə günahlandıraraq həbs edib. Qeyd edək ki, ötən ilin oktyabr ayından indiyədək Myanmar təhlükəsizlik qüvvələri və buddistlərin müsəlmanlara qarşı vəhşilikləri və cinayətləri nəticəsində 87 min rohingiyalı müsəlman öz evlərindən didərgin düşüb. Bu statistikanı BMT elan edib. / Oxşar xəbərlər
|