Əhli-beyt (ə) məktəbini Hindistanda yayan ilk alim
Mьəllif: admin1
Tarix: 13-01-2022, 11:54
Bцlmə: Xəbərlər
Əhli-beyt (ə) məktəbini Hindistanda yayan ilk alim
Şəhid Əvvəl və Şəhid Sani Sərbədarilər zamanında şiə fiqhinin nizama salınmasında əsas rol oynayan alimləri olduğu halda, Şəhid Salis (tərc: Üçüncü Şəhid) Hindistanda Əhli-beyt (ə) məktəbini yayan ilk alim olub.

Şəhid Salis ləqəbini qazanan Qazi Nurullah Şuştəri 1542--ci ildə İranın Şuştər bölgəsində anadan olub və 1610 ildə Hindistanda şəhid edilib.

Səfəvilər dövründə yaşayan bu fəqih, mütəkəllim, mühəddisin məzarı hazırda Hindistanın Aqra şəhərində yerləşir.

Seyyid Şərəfuddinin oğlu Qazinin 50-ə yaxın elmi əsəri var ki onlardan Məcalisul-muminin daha çox tanınıb.

Bu kitab şiə alimlərinin və müqəddəs məkanlarının coğrafiyasından bəhs edən bir kitabdır.

Alim, Əkbər Şahın (1542-1605) Hindistanın böyük ərazisinə hökmranlıq etdiyi zamanda buraya yollandı və olduğu şəhərdə qazi kimi çalışdı.

Lakin Əkbər Şah öldükdən və Cahangir Şah gəldikdən sonra digər təəssübkeş və təkfirçi şaray alimlərinin təhriki ilə şiə olması ilə ittihamlandırıldı.

Cahangir şahın təsdiqi ilə ona 70 şallaq vuruldu. Tarixi faktlara görə 70 yaşlı əhli-beyt (ə) alimi elə bu şallaqların zərbəsinin təsirindən şəhid oldu.

Hindistanda Əhli-beyt məktəbini tərvic edən bu alimə Şəhid Salis ləqəbi verildi.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031