Siqareti tərgitmək üçün 4 mühüm səbəb!
Mьəllif: admin1
Tarix: 9-02-2017, 16:09
Bцlmə: Xəbərlər
Siqareti tərgitmək üçün 4 mühüm səbəb!
İflic: Siqaret beyində həm xərçəngə, həm də damar tıxanıqlığı səbəbiylə iflicə yol aça bilir. Siqaret damarda ortaya çıxan laxtalanma və oksigeni az olan qan, iflicin ana səbəbidir. Bundan başqa asılılığın təməli beyindir. Beyni əsir alan nikotin maddəsi beynin diqqət, düşünmə və problem həll etmək kimi qabiliyyətlərini zəiflədir.

Sümük əriməsi: Mütəxəssislər siqaret çəkmənin sümük əriməsinə də səbəb ola biləcəyi xəbərdarlığını etdilər. Koreyada aparılan bir araşdırmada, sümük əriməsi az olan kişilərdə belə, siqaretin riskli olduğu göstərildi. Belə ki, araşdırmaya görə 1 paket siqaret çəkən kişilərdə sümük ərimə riski çəkməyənlərə nisbətən 10 qat artır.

Gücsüz bir immunitet: Dərimiz, ağzımız və burnumuzun daxilində iştirak edən bəzi maddələr və qandakı ağ qan hüceyrələri immun sistemimizi meydana gətirir. Bunlar bizi mikroblara qarşı müdafiə edir. Siqaret isə, immunitetә zərər verir. Bu səbəbdən eyni mikrobla qarşılaşan 2 adamdan, siqaret çəkənin xəstəliyə tutulma riski 5 qat çox olur. Əgər altda yatan başqa bir xəstəlik varsa bu risk qat-qat artır.

Diş vә dişəti problemləri: Siqaretin tərkibindəki maddələr və yanarkən ortaya çıxan istilik diş əti xərçəngi riskini 30 qat artırır. Bu xərçəng siqaret çəkməyən insanlarda haradasa heç rastlanmır, amma siqaret çəkənlərdə tez-tez görülür. Diş çürükləri və dişəti iltihabları da siqaret çəkənlərdə çox görülür. Dişdə rəng dəyişməsi isə qaçılmaz olur.

deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930