Stressin səbəb olduğu 10 xəstəlik
Mьəllif: admin1
Tarix: 7-06-2020, 18:37
Stressin səbəb olduğu 10 xəstəlik
[1. Baş ağrıları:

Stressli vəziyyətdə baş ağrıları tez-tez görülür. Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.

2. Mədə problemləri:

Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.

3. Bağırsaq problemləri:

Qəbizlik, ishal kimi şikayətlər meydana gələ bilər.

4. Dəri xəstəlikləri:

Saçların qırılması, ekzema, müalicəylə düzəlməyən qaşıntı və allergiyanın altında sıx stress ola bilər.

5. Bədən ağrıları:

Keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq hissi müşahidə edilə bilər.

6. Ürək xəstəlikləri:

Yüksək təzyiq və infarkt əksər hallarda həddindən artıq stress yaşayan fərdlərdə müşahidə edilə bilər.

7. Ruhi problemlər:

Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir.

8. Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir.

9. Unutqanlıq, zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir.

10. Beyin qansızmaları, daha çox stressli fərdlərdə sıx müşahidə edilir./deyerler/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031