Çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB
Təbiət insana çoxlu sayda təbii dərmanlar bəxş edib. Bu xüsusilə tərəvəzlərə aiddir. Bütün tərəvəzlər əsl təbii dərmanlardır.
Müxtəlif tərəvəzlərin gündəlik qəbulu bizi bir çox xəstəliklərdən qoruya bilər, həyatımızı daha uzun və sağlam edə bilər. Soğan ən faydalı tərəvəzlərdən biridir. Mütəxəssislər soğanı hər gün çiy halda yeməyi, soğan qabıqlarından hazırlanmış dəmləmələri içməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, soğandan maksimum fayda almaq üçün onu çiy halda (salatlar, buterbrodlar və s. tərkibində) yemək lazımdır. Bişirilmə zamanı soğanda olan bir çox faydalı maddələr məhv olur. Soğanın sağlamlıq üçün faydaları bunlardır: 1. Güclü iltihab və mikrobəleyhinə təsir edir. 2. Son araşdırmalar göstərib ki, soğan və soğan qabıqlarının dəmləməsi artritin profilaktikası və müalicəsi üçün çox effektlidir. 3. Allergiya əleyhinə təsir edir. 4. Güclü xərçəng əleyhinə təsir edir - xərçəng hüceyrələrinin inkişafını ləngidir, onların məhv olunmasını sürətləndirir. 5. Ürək-damar sistemi üçün çox faydalıdır - damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır, təzyiqi normallaşdırır. 6. Virus əleyhinə təsirə malikdir. Bu səbəbdən soyuq fəsillərdə qripp və soyuqdəymə xəstəliklərindən qorunmaq üçün tez-tez çiy soğan yeyin, soğan qabığından hazırlanmış çay için. 7. Xroniki baş ağrılarından qurtulmağa kömək edir. Bu məqsədlə soğan qabıqlarının dəmləməsini için. 8. Sistit (sidik kisəsinin iltihabı) zamanı kömək edir. 9. Kişilərdə prostatitin inkişafının qarşısını alır. 10. Qadınlarda cinsiyət sistemi iltihabları zamanı kömək edir. Qırmızı soğan ağ soğandan daha faydalı sayılır./Saglamolun/ Oxşar xəbərlər
|