Prezident seçkilərində Bəşşar Əsədin qələbəsindən sonra suriyalıların sevinclə dolu şadlıq etmələri.
Suriya prezidentliyinə namizəd olanların qazandıqları səslərin faizi aşağıdakı tərtiblədir: “Birinc yeri Doktor Bəşşar Hafiz Əsəd cənabları 88.7 % səs çoxluğu ilə tutur. O, verilən səslərdən 10 milyon 319000 –i özünə qazanıb. İkinci yeri, Doktor Hissan Əbdullah Nuri cənabları ümumi səslərin 4.03 % -ni yəni 500279 səs ilə tutub. Üçüncü yeri isə Mahir Əbdül Həfiz Həccar cənabları ümumi səslərin 3.02 % -ni yəni 30072301 səslə qazanıb.” Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Suriya Milli Televiziya vastəsi ilə Suriya Ali Məhkəməsinin bildirdiyinə görə, Suriyada keçirilən prezident seçkilərinin qalibi Bəşşar Hafiz Əsəd cənabları olub. Suriya Milli Məclisinin sözçüsü Muhəmməd Cihad əl-Liham ötən gecə verdiyi müsahibəsində bildirib: “Mən iftixarla bildirirəm ki, ölkənin Ali Məhkəməsi 2014-cü il üçün Suriyada keçirilən prezident seçkilərinin nəticələrini aşağıda qeyd olunan kimi elan edib: 1 – Suriyanın daxil və xaricindəki prezident seçkilərində iştirak etmək hüququna malik olan şəxslərin sayı ümumilikdə 15 milyon 845575 nəfər olub. 2 – Ölkə daxilində və xaricində prezident seçkilərində iştirak edərək öz səslərini qutuya atan şəxslərin ümumi sayı isə 11 milyon 64412 nəfər olub. Bu isə o deməkdir ki, seçki hüququna malik olan şəxslərdən 73.42 %-i seçkilərdə iştirak edib. 3 - Səhf səs verənlərin (yəni seçkidə iştirak edərək yalnış səs verənlərin) ümumi sayı isə 442108 nəfər olub. Bu isə o deməkdir ki, hardasa səs verənlərdən 3.08 %-i yalnış səs veriblər. 4 – Suriya prezidentliyinə namizəd olanların qazandıqları səslərin faizi aşağıdakı tərtiblədir: Birinc yeri Doktor Bəşşar Hafiz Əsəd cənabları 88.7 % səs çoxluğu ilə tutur. O, verilən səslərdən 10 milyon 319000 –i özünə qazanıb. İkinci yeri, Doktor Hissan Əbdullah Nuri cənabları ümumi səslərin 4.03 % -ni yəni 500279 səs ilə tutub. Üçüncü yeri isə Mahir Əbdül Həfiz Həccar cənabları ümumi səslərin 3.02 % -ni yəni 30072301 səslə qazanıb.” Suriya xalqı ötən gün, yerli vaxtla 22:00-da televizor vasitəsi ilə bu xoş xəbəri eşitcəyin xyabanlara tökülüşərək, sevinclərini bir biriləri ilə bölüşmək məqsədi ilə şadlıq eməyə başlayıblar. Dəməşqdə isə bu xoş xəbər xüsusi atəşfişanlıq ilə qeyd olunub. ABNA- Xəbər Agentliyi Oxşar xəbərlər
|