Yatmazdan 1-2 saat əvvəl süd işçəsiniz...
Mьəllif: admin1
Tarix: 25-02-2017, 21:01
Bцlmə: Xəbərlər
Yatmazdan 1-2 saat əvvəl süd işçəsiniz...
Yatmazdan əvvəl istehlak edilən qidalara diqqət etmək lazımdır.
Deyerler.org xəbər verir ki, maddələr mübadiləsinin düzgün getməsinin qida qəbuluna bağlı olması kimi, sağlamlıq baxımından əhəmiyyətli olan yuxunun istehlak edilən ərzaqların keyfiyyətilə əlaqəsi var. Qan təzyiqini və nəbzi aşağı salan bəzi ərzaqlar maddələr mübadiləsini zəiflətməklə yuxuya kömək etsə də, bəzi qidalar da maddələr mübadiləsini və beynin fəallığını artıraraq, yuxusuzluq təsirinə malikdir.
Ekspertlər triptofan amin turşusu baxımından zəngin olan qidaların yuxunun keyfiyyətini artırdığını bildirirlər. Təbiətdə melatonin tərkibli qidaların sayı az olsa da, triptofan demək olar ki, bir çox heyvan və bitkidən hazırlanan qidalarda var və bu keyfiyyətli yuxu üçün müəyyən miqdarlarda qəbul edilməsi üçün faydalıdır.
Süd xüsusilə keyfiyyətli zülal tərkibi və triptofan amin turşusu ilə zəngin olduğu üçün yatmağa kömək edir. Yatmazdan 1 - 2 saat əvvəl ilıq içilən südün triptofan faydalılığı daha yüksək olacaqdır və sizi tez yuxuya getməyinizi təmin edəcək. Təbii melatonin mənbəyi olan qoz da yuxu üçün sizə kömək edə bilər.
Axşam yeməyindən sonra 2 dənə qoz yemək kifayətdir. Banan serotonin və melatonin hormonlarının ifrazını artırmasıyla yanaşı, tərkibindəki maqnezium və kalium ilə əzələlərin zəifləyib, rahatlanmasını təmin edir. Keyfiyyətli bir yuxu üçün vacib olan kalsium və maqnezium mineralı tərkibinə malik olan yulaf, eyni zamanda tərkibindəki melatonin hormonu sayəsində keyfiyyətli bir yuxu ilə orqanizmin təzələnməsini təmin edir".

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031