Gündə 1 yumurta yedikdə orqanizmdə nə baş verir
Hər gün istər qaynadılmış, istərsə də yağda qızardılımış 1 ədəd yumurta istehlak etdiyiniz təqdirdə, oraqnizminizdə baş verəcək 9 hal sayəsində özünüzü daha yaxşı hiss edəcəksiniz.
Hər gün yeyilən bir yumurtanın orqanizmə 9 faydası dəyir. Orqanizmin öz-özünə hasil etdiyi 11 amin turşusundan başqa, funksiyalarını yerinə yetirə bilməsi üçün digər 9 amin turşusuna ehtiyacı var. Bu 9 amin turşusu da yumurtada mövcuddur. Yumurtada sümük əriməsinin qarşısını alan və sümükləri möhkəmlədən kalsium var. Bundan başqa, yumurtada olan D vitamini orqanizmdə kalsium nisbətini təmin edərək, dişlərin də inkişafını təmin edir. Gündə bir və ya iki yumurta yemək orqanizmi viruslara, infeksiyalara və xəstəliklərə qarşı gücləndirir. Necə? Yumurta yeyəndə seleniuma olan gündəlik ehtiyacımızın 22%-ni ödəmiş oluruq. Selenium isə sinir sistemini gücləndirir. Yumurtanın içindəki B vitamini və Omega-3 yağları saçları, dərini və dırnaqları gücləndirir. Yumurtalar zülal (protein) mənbəyidir. Bədən əzələlərinin formaya salınması ilə məşğul olursunuzsa, bol miqdarda zülala ehtiyacınız olur və yumurta sizi kifayət qədər zülalla təmin edir. Yumurtanın içində olan kolin (vitamin B4) beyninin böyüməsini və inkişafını təmin edir. Digər tərəfdən, kolin yaddaşınızı gücləndirir və daha dəqiq olmağınızı təmin edir. Oxşar xəbərlər
|