İnqilab Rəhbəri İmam Xomeyninin (rə) anım mərasimində bəyanat veriblər
Mьəllif: admin1
Tarix: 7-06-2014, 10:37
Bцlmə: Xəbərlər
İnqilab Rəhbəri İmam Xomeyninin (rə) anım mərasimində bəyanat veriblər

Həzrət Ayətullahülüzma Xamenei bəyanatının digər bir hissəsində xatırladıblar: Avropalılar böyük bir yanlış strategiyada yerləşərək özlərini ABŞ-ın xidmətinə vermişlər
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Bütün təzyiqlərə baxmayaraq, İslam Respublikası hazırda regionun siyasətlərində birinci sözü deyir və zorakı qüdrətlər qarşısında dayanmışdır.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə günü İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 25-ci ildönümü mərasimində deyiblər: İran İslam Respublikası ən ağır sanksiyalara baxmayaraq mühafizəkarlıq etmədi və qərbə bac vermədi.
Həzrət Ayətullahülüzma Xamenei bəyanatının digər bir hissəsində xatırladıblar: Avropalılar böyük bir yanlış strategiyada yerləşərək özlərini ABŞ-ın xidmətinə vermişlər.
Amerikanın İran xalqı və quruluşuna qarşı səylərinə toxunan İnqilab Rəhbəri xatırladıblar: Amerika bizim islam quruluşumuzun qarşısında bütün hərəkətlərə əl atıb və Allahın lütfü ilə bütün bunlarda məğlubiyyətə uğrayıb.
"Bugünkü hərbi hücum amerikalıların prioriteti deyildir. Onlar anlayıblar ki, hərbi hücum, hücuma məruz qalan ölkələr üçün təhlükəli olduğu qədər, hətta daha artıq hücum edən üçün təhlükəli ola bilər" –deyə İnqilab Rəhbəri əlavə ediblər.
"Hazırda islam, şiə və şiəliyə qarşı təfkirçi qruplar bəzi sahələrdə çalışırlar. Amma bunlar əsil düşmənlər deyillər" söyləyən İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar: Əsil düşmən odur ki, bunları təhrik edir, bunlara pul verir və bunların motivi zəiflədikdə müxtəlif vasitələrlə onlara dəstək verir, nadan qrup arasında və İran xalqı arasında ayrılıq toxumu səpir.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Sələfi və təkfir adı ilə və islam adı ilə İslam Respublikası quruluşuna qarşı çıxan qruplaşmalar aldanmışlar.
İslam İnqilabının Böyük Rəhbəri sonda buyurublar: Əgər düşmən İslami Oyanışı yatırdığını xəyal edirsə, bu da onları yanlışlıqlarından biri olacaqdır. Çünki İslami Oyanış bəzi hissələrdə yatırdıla bilər. Lakin şübhəsiz kökü kəsilməyəcək və genişlənəcəkdir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930