Ağızdan nəfəs almağın zərərləri!
Mьəllif: admin1
Tarix: 11-03-2017, 21:20
Bцlmə: Xəbərlər
Ağızdan nəfəs almağın zərərləri!
Mütəxəssislər gün ərzində xüsusi bir nəfəs məşqi və ya fəal idman edilmədiyi müddətdə, sadəcə burundan nəfəs alınıb verilməli olduğunu bildirir.
Deyerler.org xəbər verir ki, ağız nəfəsindən istifadə edən insanlarda rast gəlinən ümumi narahatlıqlarla bağlı tibbi araşdırmanın nəticələrindən əldə edilən məlumatları öyrənmək istəyirsinizsə, aşağıdakılara diqqət edin!
Ağızla nəfəs alanlarda rast gəlinən problemlər:
1. Yorğunluq
2. Əzələ gərginliyi, əzələ spazması və ağrısı
3. Müvazinət pozğunluğu
4. Baş ağrısı
5. Yuxusuzluq, keyfiyyətsiz yuxu nizamı
6. Yuxuda kabus görmə
7. Sinə ağrısı, sinə darlığı
8. Təngnəfəslik
9. Nəzarətsiz davranış meyli
10. Həzm sistemi xəstəlikləri
11. Qəbizlik
12. Qida həzminin çətinləşməsi
13. Ürək bulanması
14. Şişkinlik
15. Qeyri-kafi ağız gigiyenası
16. Qeyri-sağlam dişlər
17. Dişəti problemləri
18. Ağız qoxusu
19. Həyəcan
20. Dəyişkən, qərarsız və narahat zehin
21. Yüksək stress hormonu (kortizol) səviyyələri
22. Ani bədən temperaturu dəyişiklikləri (menopauza dövründəki kimi)
23. Qıcıqlandırıcı öskürəklər
24. Onurğa və duruş qüsurları
25. Bədənin fərqli yerlərində qıcolma və ümumiyyətlə, süst, tənbəl bədən enerjisi
Bundan başqa, xüsusilə ağızları daima açıq olan və ağızdan nəfəs alıb verən uşaqlar sonrakı dövrlərdə fiziki və zehni cəhətdən böyük problemlə üzləşirlər.
Ağzımızdan aldığımız hər nəfəs filtrsiz olaraq ciyərlərə daxil olur. Havada olan hissəciklərin və mikrobların bədənimizə daxil olması labüddür. Halbuki burundan alınan hər nəfəs bədənin süzmə mexanizmindən keçərək ciyərlərə çatır. Bu səbəbdən gün ərzində, xüsusi bir nəfəs məşqi və ya fəal idman edilmədiyi müddətdə, ancaq burundan nəfəs alınıb verilməlidir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031