İnsan orqanizmi haqqında maraqlı 17 məlumat
![]() İnsan orqanizmi ən savadlı mütəxəssisləri, həkimləri, professorları və alimləri belə təəccübləndirəcək qarışıq və sirli bir mexanizmdir. Məhz bir neçə nümunə ilə bunu aydın başa düşə bilərik. - Barmaq izi kimi dilimizin izi də tamamilə bənzərsizdir. - Tək bir saç teli bir alma daşıya biləcək qədər güclüdür. - Bir insanın ağzındakı bakteriyanın sayı dünya üzərində yaşayan insanların sayına demək olar ki, bərabərdir. - Bir beyin impulsunun sürəti təxminən 400 km/saatdır. - Qeyd edək ki, dünyada sadəcə 4 müxtəlif qan qrupu yoxdur. Ümumilikdə 29-dur. Bunların ən nadirləri Yaponiyadakı kiçik ailələr qrupu arasında geniş yayılmışdır. - Yalnız 1 gün ərzində qanımız 19.3 kilometr yol qət edir. - İnsan orqanizmindəki bütün sinirlərin ümumi uzunluğu 75 kilometrdir. - Bir insan gündə təxminən 20.000 dəfə nəfəs alır. - İnsan gözü 10 milyona qədər fərqli rəngləri ayırd edə bilər. Ancaq bunun çoxunu yadda saxlaya bilmir. - Həyatı boyu insan qulağı böyüməyə davam edir. İldə millimetrin dörddə biri qədər. - İnsanın ürəyi ildə 35 milyon dəfə vurur. - İnsan orqanizmi hər növbəti gün dəri hüceyrəsindən məhrum olur. İldə itirilən dəri hüceyrəsinin çəkisi 2 kilo olur. - Dərinizin 1 santimetrə qədər hissəsində təxminən yüz ədəd ağrı sensoru var. - Orta hesabla insan həyatı boyunca, təxminən 35 ton ərzaq istehlak edir. - Bir insan həyatının 5 ilini gözlərini qırparaq keçirir. - Gülümsəmək üz əzələlərinin 43-nü hərəkətə gətirsə, ağlamaq üz əzələlərinin yalnız 17-ni hərəkətə gətirir. - Asqırmağın sürəti təxminən 160 km/saatdır. Oxşar xəbərlər
|