Ayətullah Xamenei: Qadını cinsi ləzzətlər üçün vasitə kimi görmək sionistlərin hiylələrindəndir
Mьəllif: admin1
Tarix: 21-03-2017, 16:36
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Qadını cinsi ləzzətlər üçün vasitə kimi görmək sionistlərin hiylələrindəndir
Bu sözləri İran İslam İnqilabının Ali Dini Lideri Əhli-beyt (ə) məddahları ilə görüşü zamanı deyib.

İslamazeri.com-un “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, Xanım Zəhranın (s) həqiqi rəhbər və həyat yoldaşı olaraq rolunun müsəlman qadınlar üçün kamil bir nümunə olduğunu deyən Ayətullah uzma Xamenei bildirib: “Xanım Zəhranın (s) mənəvi və İlahi məqamları bəşərin dərkindən uzaqdır. Çox ağır və təsəvvür olunmayan bir zamanda, Peyğəmbərin (s) vəfatından sonra hətta xüsusi səhabələrin belə İmam Əlini (ə) müdafiə etmədiyi bir şəraitdə, Xanim Zəhra (s) məscidə gələrək, məşhur xütbəsini İmamının müdafiəsi uğrunda bəyan etdi. Xanım Zəhranın (s) vilayətin müdafiəsi uğrunda əzəmətli addımı heç bir fədakarlıqla müqayisə olunası deyil. Elə bu əzəmət səbəb oldu ki, İmam Xomeyni kimi fəqih və arif buyurdu: Əgər Xanım Zəhra kişi olsaydı peyğəmbər olardı. O Xanım həqiqi islam qadınıdır. Nəinki islam qadını, rəhbər həddindədir. Bu böyük məqamlara baxmayaraq onun vəzifələrindən biri məhz analıq, yoldaşına xidmət və evdarlıq olmuşdur. Puç olan Qərb mədəniyyətini təbliğ edən bəzi qafillər qadının evdarlığını təhqir olaraq qəbul edirlər. Bir halda ki, evdarlıq yəni insan tərbiyə etmək, ən ali məhsulu yəni bəşəri istehsal etmək deməkdir". "Qadını cinsi ləzzətlər üçün vasitə kimi görmək çox ehtimal ki, sionistlərin bəşəri məhv etmək üçün olan hiylələrindəndir. Kişi və qadın, mənəvi məqamlara ucalmaq, rəhbərçilik qüdrəti, bəşəri hidayət etmək məsələlərində bir-birindən fərqli deyillər. Lakin yaşayışı və həyatın vəzifələri baxımından fərqlilikləri mövcuddur. Bu məsələlərin hamısını Xanım Zəhranın timsalında görmək olar.”, -deyə Xamenei əlavə edib.

Sözlərinin davamında məddahların vəzifələrinə toxunan Ayətullah uzma Xamenei bildirib: “Zövqlü şairlər və məharətli məddahlar günün vəzifələri və düşüncələrinə uyğun olaraq gündəm yaratmalıdırlar. Məddahlıq bir növ incəsənətdir. İsti və xoş avaz boğaz nemətinə görə şükür etməli və bunu qorumalısınız. Məddahlıq digər incəsənət növləri ilə qarışdırılmamalıdır. Məsələn Əhli-beytin müsibətiylə bağlı olan bir şeri dindən, mənəviyyatdan uzaq, fəsada uyğun bir tərzdə oxumaq olmaz. Əhli-beytə (ə) həqiqi nökərçilik etmək onların düşüncələrini, yaşam tərzini cəmiyyətdə geniş surətdə yaymaqla mümkündür.”


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031