Əli (ə) zatının nuru mələklərə necə görsəndi?
Mьəllif: admin1
Tarix: 24-03-2017, 11:34
Bцlmə: Xəbərlər
Əli (ə) zatının nuru mələklərə necə görsəndi?
Salman Farsi nəql edir: “Məlun İblis bir dəstənin kənarından keçirdi ki, Əmirəl-mömininə (ə) söyüş söyürdülər. İblis (lən) bu dəstənin qarşısında dayanır. Bu dəstədən biri deyir: “Bu kimdir ki, bizim qarşımızda dayanmışdır?”.
İblis deyir: “Mən Əbu Mərrəyəm”. Deyirlər: “Ey Əbu Mərrə, bizim dediklərimizi eşitdin?”.
İblis deyir: “Ağanız Əli ibn Əbutalibi (ə) söyürsünüz?”.
Onlar deyirlər: “Haradan bildin ki, o, bizim ağamızdır?”.
İblis deyir: “Peyğəmbərinizin (s) kəlamından ki, buyurur: “O kəsin ki, ağası mənəm, Əli (ə) onun da ağasıdır. Allahım, o kəslər ki, Əlini (ə) sevir, sən də sev. O kəs ki, düşmən bilir, düşmən bil. Allahım, yardım et o kəsə ki, ona yardım edər. Zəlil et o kəsi ki, onu xar edər””.
Soruşurlar: “Sən onun davamçılarındansan?”.
İblis deyir: “Mən nə onun davamçısıyam, nə dostuyam …”.
Deyirlər: “Ey Əbu Mərrə! Bizə Əli (ə) barəsində bir şey de”.
İblis deyir: “Ey nakəsin, qasitin, mariqin dəstəsi! Məndən eşidin: o zaman ki, cinlərin mülkündə və onların arasında idim, Allaha 12 min il ibadət etdim. Bu qövm həlak olandan sonra tənhalıqdan Allaha şikayət etdim. Allah məni səmaya qaldırdı. Mələklərin arasında 12 min il yenə ibadət etdim. O zamanlar ki, Allaha təsbih edirdim, çox parlayan bir nur bizim yanımızdan keçib getdi. Bütün mələklər o nura görə səcdəyə düşdülər. Dedilər: “Subbuhun, Quddusun. Bu nur ya yaxın mələkdir, ya da peyğəmbərdir”.
Cavabında Allah Təala tərəfindən nida gəldi ki, bu nur – nə yaxın mələkdir, nə də göndərilmiş peyğəmbərdir. Bu, Əli ibn Əbitalibin (ə) zatının nurudur””. (Həvzəh)
Allahım, bizləri Əli (ə) nurunu dərk edənlərdən qərar ver!

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031